Tiran və Sənafir adaları haqda Misirin İsraillə koordinasiyası ifşa olunub
Misir xarici işlər nazirinin telefon danışıqları ilə bağlı audio yazılar bu ölkənin sionsit rejim başçılarından biri ilə Tiran və Sənafir anlaşması haqda gizli müzakirələrini ifşa edib.
İSNA-nın məlumatına görə, Mükəmmilin peyk televiziyasının xəbər portalı rəsmi Qahirə müxaliflərindən məlumat alaraq Misir xarici işlər naziri Samih Şükrinin sionist rejimin baş naziri Benyamin Netanyahunun xüsusi müşaviri İshaq Molxo ilə telefon söhbətində Qahirə və Ərəbistan arasında ötən il imzalanan Tiran və Sənafir adaları üzrə anlaşmanın müddəalarının araşdırılması haqda iki səs yazısını ifşa edib.
Bu telefon söhbətində sionist rejim şərt qoyub ki, Tiran və Sənafir adaları və suları bir neçə ərəb ölkəsi, o cümlədən İordaniya, Mİsir və Ərəbistan arasında bölünən və işğal olunmuş Fələstinin cənub-qərb sərhədlərinə qədər uzanan Qırmızı dənizin uzunluğunda yerləşən Əqəbə körfəzi ilə əlaqədar hüquqi işlər elan olunmalıdır.
Şükri də bildirib ki, Misir Təl-Əvivin öncədən razılaşması olmadan iki adanın Ərəbistana verilməsi anlaşmasında heç bir dəyişikliklə heç vaxt razılaşmayacaq.
Misir hökuməti bu adaları Səudiyyə Ərəbistanına vermək qarşılığında 20 milyard dollar almalı idi.
Misir vətəndaşları hökumətin bu hərəkətinə etiraz olaraq Qahirədə və ölkənin digər yerlərində irimiqyaslı etiraz aksiyaları keçirdilər.
200-dən çox misirli etirazçı bu aksiyalarda saxlanılıb və bir qrupu azadlıqdan məhrum edilib.
Misirin Ali Məhkəməsi də bundan öncə Misir və Ərəbistan arasında su xəritəsinə yenidən baxılması və Tiran və Sənafir adaları haqda öz qəti qərarını bildirib.