Türkiyə şəhərlərinin vəziyyəti gərgin olmaqda davam edir
Şənbə günü gecə Türkiyənin Diyarbəkir şəhərindəki bir qəhvəxanada atışma nəticəsində bir nəfər ölüb, iki nəfər də yaralanıbdır.
IRIB-nin məlumatına görə, həmçinin Ankara şəhərindəki bir atışmada bir nəfər yaralanıbdır.
Bu hadisənin təfərrüatları yayılmayıbdır.
Türkiyə dövləti Suriya və İraqda terror qruplarının əsas himayəçilərindən biri kimi, son aylarda Türkiyənin müxtəlif şəhərlərində terror hücumlarının nəzərəçarpacaq dərəcədə artmasının şahididir.
2017-ci il yanvarın birində İstanbuldakı bir gecə klubuna qarşı hücumda bir polis zabiti daxil omaqla azı 39 nəfər ölmüş, 65 nəfər də yaralanmışdı.
Ötən ilin dekabrında da hədəfi, Türkiyənin polis qüvvələri olan İstanbulda törədilmiş iki partlayış nəticəsində 44 nəfər ölmüşdü.
İstanbul hava limanı da ötən ilin iyulunda İŞİD-in partlayış hücumu hədəfi olmuşdu.