Fev 12, 2017 10:27 Asia/Baku
  • Rumıniyada aksiyaların yeni etapında dövlətin tərəfdarları meydana gəliblər
    Rumıniyada aksiyaların yeni etapında dövlətin tərəfdarları meydana gəliblər

Rumıniyada anti-dövlət aksiyalarının davam etdiyi bir halda, dünən qarşılıqlı bir hərəkətdə dövlətin tərəfdarları Buxarest küçələrinə çıxıblar.

IRIB-nin məlumatına görə, Rumıniya dövləti ötən ay bir layihə qəbul etdi ki, ona əsasən, korrupsiya ilə bağlı cəzaların yüngülləşdirilməsi üçün zəmin yarandı.

Bu layihənin əleyhdarları ötən aylarda Rumıniya küçələrində aksiyalar keçirdilər. Deyilənlərə görə, bu aksiyalar 1989-cu ildən bəri bu ölkədə misilsiz olubdur.

Rumıniyada xalq etirazları dalğası dövlətin bu fərmanının ardınca elə bir həddə çatdı ki, korrupsiya və rüşvətxorluğa qarşı cinayətlərin aradan götürülməsi layihəsinin əsas konstruktorlarından olan bu ölkənin ədliyyə naziri Florin Yordake istefaya getməyə məcbur oldu.

Rumıniya dövləti nəhayət ötən bazar günü öz qərarından geri çəkildi.

Amma şənbə günü Rumıniya dövlətinin havadarları dövlətin bu addımını müdafiə etməyə qalxdı və həmin layihənin sərt əleyhdarı olan bu ölkənin prezidenti Klos Yuhanisə qarşı şüar verdilər.

Teqlər