ABŞ-ın Şimali Koreyanın raketləri ilə bağlı görə biləcəyi bir iş yoxdur
Obamanın sabiq müşaviri deyib: Amerikanın Şimali Koreyanın raket proqramı ilə bağlı görə biləcəyi hər hansı bir iş yoxdur.
CNN-nin verdiyi məlumata görə, ABŞ-ın sabiq prezidenti Barak Obamanın nüvə məsələləri üzrə müşaviri və Harvard Universitetinin müəllimi Gəri Seymur bu telekanala verdiyi müsahibədə deyib: "Şimali Koreya son zamanlar quru yanacaqlı ballistik raketini sınaqdan keçirdi. Hərbi baxımdan quru yanacaq ilə hərəkət edən raketlər son dərəcə təhlükəlidirlər. Bu raketlərin yerlərini dəyişmək və onları nəql etmək son dərəcə asandır. Və çox qısa zamanda döyüş vəziyyətinə gətirmək mümkündür. Bu raketləri gizlətmək də çox rahatdır."
Gəri Seymur əlavə edib: Birləşmiş Ştatlar Şimali Koreyanın raket proqramını önləmək və bu kimi sınaqlarının qarşısını almaq üçün heç bir yaxşı seçimə malik deyil. Amerika bu məsələdə hərbi əməliyyat seçiminə malik deyil. Çünki, hərbi seçimdən istifadə daha böyük hərbi toqquşmaya səbəb ola bilər. Nəticədə Amerika Şimali Koreyanın raket sınaqlarını tənqid etməkdən və bu ölkəyə qarşı əlavə sanksiyaların tətbiq edilməsinə səy göstərməkdən başqa heç bir seçimə malik deyil. Elə buna görədir ki, Donald Tramp keçmiş prezidentlərin ənənəvi yolunu gedərək, Şimali Koreyanın raket sınaqlarına reaksiya olaraq, Amerikanın regiondakı müttəfiqlərini himayə etdiyini və Təhlükəsizlik Şurasında Pxenyana qarşı addımlar atacağını vurğulayıb. Amerikanın görə biləcəyi maksimum iş də elə bundan ibarətdir."