Fev 16, 2017 12:41 Asia/Baku
  • Fransada polis zorakılığına etiraz
    Fransada polis zorakılığına etiraz

Fransızlar bu ölkə polisinin irqçi rəftarlarına son verilməsini tələb ediblər.

İRİB-nin verdiyi məlumata görə, polis zorakılığına etiraz edən franzılar çərşənbə günü paytaxt Parisdə və bir sıra digər şəhərlərdə aksiyalar təşkil edərək, 22 yaşlı qaradərili gənc Teoya qarşı zorakılığa yol vermiş polis məmurlarının cəzalandırılmasını tələb ediblər.

Aksiya iştirakçıları bu gənc qaradərilini himayə üzrə şüarlar veriblər.

Fevralın 2-də 4 polis əməkdaşı Teo adlı 22 yaşlı qaradərili gənci Parisin şimalında yerləşən Aulnay Sous Bois məntəqəsində həbs edərkən, ona qarşı kobudluq və cinsi zorakılığa yol veriblər. Bu məsələ xalq etirazlarına səbəb olub.

Fransa prezidenti Fransua Oland bu hadisədən bir neçə gün sonra xəstəxanada olaraq, zorakılığa məruz qalmış gəncin görüşünə gedib.

Teqlər