Vaşinqtonda Trampın anti-miqrant siyasətlərinə qarşı etiraz aksiyası keçirilib
-
Vaşinqtonda Trampın anti-miqrant siyasətlərinə qarşı etiraz aksiyası keçirilib
ABŞ prezidentinin miqrantlarla bağlı siyasətlərinə etiraz edənlər paytaxt Vaşinqtonda aksiya keçiriblər.
İRİB-in verdiyi məlumata görə, daha çox latın əsilli amerikalılardan ibarət olan aksiyaçılar dünən Vaşinqtonda ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı siyasətlərinə öz etirazlarını bildiriblər.
Miqrantlar bir bəyanatda Amerikaya qoyduqları investisiyanı və bu ölkədə yaratdıqları iş yerlərini Amerikaya etdikləri xidmətlər olaraq xatırladıblar.
Donald Tramp yanvarın 27-də bir fərman imzalayaraq 7 müsəlman ölkənin vətəndaşlarının Amerikaya daxil olmalarına qadağa qoydu.
Trampın bu fərmanı ABŞ daxili və xaricində geniş etirazlara səbəb oldu, hüquq müdafiə qrupları, qeyri-hökumət təşkilatları və bəzi ölkələrin rəhbərləri bu fərmana kəskin qarşı çıxdılar.