Samsung rəsmisi Cənubi Korea prezidentinin işi ilə bağlı həbs edilib
-
Samsung rəsmisi Cənubi Korea prezidentinin işi ilə bağlı həbs edilib
Cənubi Koreada bir məhkəmə Samsung şirkətinin vitse prezidenti Ci Vay Li barəsində prezident Park Geon Hay-ın korrupsiya işi ilə bağlı həbs qərarı çıxardıb.
İRNA-nın verdiyi məlumata görə, Ci Vay Li Samsung şirkətinin başçısı Li Kan Hinin yeganə oğludur ki, korrupsiya və rüşvətxorluqda ittiham olunaraq həbs edilir.
Samsung şirkətinin vitse prezidenti vəzifədən kənarlaşdırılmış Cənubi Korea prezidenti Park Geon Hayın yaxın dostu Çoy Son silin rəhbərlik etdiyi şirkətlərlə əlaqədar pul koçürmələrində əli olmaqda ittiham edilir.
Samsung Park Geon Hayın korrupsiya işində əli olmaqda ittiham edilən əsas fiqurlardan biri sayılır.
Parlament üzvləri tərəfindən impiçment edilmiş Cənubi Korea prezidentinin siyasi və maliyyə ittihamı Çoy Son Silin hökumətdə vəzifəyə malik olmadan sadəcə prezidentlə dost olduğuna görə Prezident Administrasiyasına gediş-gəlişdə olması və gizli sənədləri əldə etmək imkanına malik olması faktının aşkar edilməsindən sonra irəli sürüldü.