Fev 19, 2017 10:42 Asia/Baku
  • Ukrayanın şərqində atəşkəs razılaşması əldə olunub

Rusiya xarici işlər naziri Ukrayna ordusu ilə şərq bölgələrdə yaraqlılar arasında atəşkəsin əldə olunduğunu bildirib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: Ukrayna, Rusiya, Almaniya və Fransa arasında Münhen Təhlükəsizlik Konfrasının kənarında imzalanan anlaşmaya əsasən, bazar ertəsi günündən Ukrayna ordusu ilə yaraqlılar arasında şərq bölgələrdə atəşkəs rejimi bərpa olunacaq. 

Rusiya xarici işlər naziri deyib: Biz Ukrayna, Rusiya, Almaniya və Fransa xarici işlər nazirləri arasında Ukraynanın şərq bölgələrində atəşkəs rejiminin bərpa olunması haqda əldə olunan razılaşmanı irəliyə doğru müsbət addım olaraq qiymətləndiririk. 

Son aylar ərzində Ukraynanın şərq bölgələri yenidən ordu qüvvələri ilə Rusiya tərəfdarı olan separatçılar arasında qanlı döyüşlərin şahididir. Bu döyüşlər indiyə qədər onlarla nəfərin ölməsi və yaralanması ilə nəticələnib. 

Teqlər