Fev 19, 2017 21:18 Asia/Baku
  • Los-Ancelesdə miqrantlara dəstək yürüşü

Los-Ancelesdə minlərlə sakin küçələrdə yürüş keçirərək ABŞ-ın yeni hökumətinin miqrant qanununun icrasının dayandırılmasını tələb edib.

Los Anceles Timez qəzetinin internet portalının məlumatına görə, ötən gün Los-Ancelss şəhərinin mərkəzində minlərlə nəfər yürüş keçirərək ABŞ prezidenti Donald Trampın miqrant fərmanına etirazlarını bildirib.

Los-Anceles yürüşlərinin təşkilatçısı David Əbud deyib ki, Los-Anceles şəhər rəsmilərindən miqrant qanunun icrasında istənilən vəsaitin yatırılmasından imtina etmələrini istəyib.

Los-Anceles meri Erik Qarstinin sözçüsü Corc Kiverk də bir bəyanatda bildirib: Los-Anceles bütün insanlar üçün azadlıq, ədalət, sevgi və bərabərliyin tərəfdarıdır.

Los-Ancelesdə keçirilən yürüş Perşinq meydanından başlayıb, bu şəhərin meriyassı qarşısında əksəriyyəti qanuni durumu olmayan miqrantlar təşkil edən 30-dan çox şəxsin çıxışı ilə sona çatıb.

Teqlər