Fev 20, 2017 15:44 Asia/Baku
  • İsveçlilər Trampdan izahat istəyiblər
    İsveçlilər Trampdan izahat istəyiblər

ABŞ prezidentinin öz havadarları qarşısındakı qalmaqallı çıxışı İsveç Xarici İşlər Nazirliyinin dünən gecə Donald Trampdan izahat istəməsinə səbəb olub.

IRNA-nın məlumatına görə, Tramp şənbə günü gecə Floridadakı çıxışında elə bir halda cümə günü İsveçdə bir hadisənin baş verməsindən xəbər veribdir ki, əslində bu ölkədə heç bir hadisə baş verməyibdir.

Amerika prezidenti bu çıxışda "Görün, İsveşdə nə baş verdi" cümləsini bir neçə dəfə təkrar edib və deyib: İsveçlilər hazırda bundan öncə ehtimal belə etmədikləri problemlərlə üz-üzədirlər.

Trampın bu qəribə sözlərinin ardınca İsveçin Vaşinqtondakı səfirliyi ABŞ Dövlət Departamentindən istəyibdir ki, bu ölkə prezidentinin sözləri barədə izahat versin.

Trampın İsveç haqdakı xəyali sözləri elə bir haldadır ki, Amerikada psixoloji sağlamlıq üzrə 35 mütəxəssis son zamanlar bildirib: Trampın cümlələri və rəftarı onun məsələlərin dərkində son dərəcə acizliyə malik olmasının nişanəsidir.

Vaşinqton Post və NBS Nyus qəzetlərinin son müştərək rəy sorğusuna əsasən, amerikalıların təqribən altmış faizi bu ölkənin yeni prezidentinin fəaliyyətini təsdiq etmir.

Teqlər