Fev 21, 2017 10:03 Asia/Baku
  • Britaniyada Tramp əleyhinə aksiya
    Britaniyada Tramp əleyhinə aksiya

Britaniya paytaxtında minlərlə nəfər bu ölkə parlamentinin binası qarşısına toplaşıb və ABŞ prezidenti Donald Trampın Britaniyaya səfərinə etirazını bildirib.

EuroNewsun məlumatına görə, bazar ertəsi günü gecə Londonda vətəndaşlar etiraz aksiyası keçiriblər. Həmin vaxt Parlament Trampın kraliça Elizabetlə ehtimal olunan görüşünü araşdırırmış. 

Bu aksiyada etirazçılar ABŞ prezidenti əleyhinə də şüarlar səsləndiriblər. 

ABŞ prezidenti Donald Tramp Brtianiya baş naziri Tereza Meyin dəvəti ilə bu ölkəyə səfər edəcək. Halbuki bir milyon səkkiz yüz min nəfər imza toplayaraq Trampın Londona səfərinin ləğv edilməsini tələb edib. 

Britaniya Avropa Birliyindən ayrılmağa və ABŞ-la öz əlaqələrini gücləndirmək niyyətindədir. 

Donald Trampın prezidentliyə başlamasından bir ay ötür. Habluki onun sərt siyasətləri dünyanın müxtəlif ölkələri, habelə ABŞ-ın öz şəhərlərində onun əleyhinə irimiqyaslı etiraz aksiyalarının keçirilməsinə səbəb olub. 

Teqlər