Nyu-York hava limanı polisinin müsəlman müəllimlə nalayiq rəftarı
-
Nyu-York hava limanı polisinin müsəlman müəllimlə nalayiq rəftarı
25 yaşlı bir ingilis müəllim deyib ki, Nyu-York hava limanına daxil olarkən müsəlman olmasına görə, onunla canilərlə edilən rəftar edilir.
IRIB-nin məlumatına görə, Cuhel Miah adlı 25 yaşlı bir ingilis müəllim əlavə edib ki, Nyu-York hava limanı polisinin rəftarı onun təhqir olunmasına səbəb olub və o, eləcə də işlədiyi məktəbin məsul şəxsləri amerikalı rəsmilərin izahat vermələrini istəyirlər.
Cuhel Miah deyib ki, sakit bir şəxsdir və bu asanlığa əsəbiləşmir. O, əlavə edib ki, hazırda doğrudan da əsəbidir və bu davranış başqa bir şəxslə təkrar edilməməlidir.
Bu ingilis müəllim deyib: Nyu-York hava limanı polisinin bu çirkin rəftarı üçün heç bir izahat mövcud deyil, yalnız və yalnız, buna səbəb olan məsələ, onun müsəlman olmasıdır.
Nyu-York hava limanı polisinin bu çirkin rəftarında qəribə cəhət bu olubdur ki, Cuhel Miah Banqladeş əsllidir və Trampın, vətəndaşlarının daxil olmalarını qadağan etdiyi yeddi ölkənin heç birinə mənsub deyildir.