Le Penin Livanın baş müftisilə görüşü ləğv olunub
-
Le Penin Livanın baş müftisilə görüşü ləğv olunub
Fransada "Milli Cəbhə" adlı qatı sağyönümlü milli siyasi partiyanın bu ölkənin prezident seçkilərinə namizədi Marin Le Pen islami hicabdan imtina etdiyinə görə, Livanın baş müftisilə görüşünü ləğv edib.
Livana ikigünlük səfərində dünən Şeyx Əbdullətif Duryanla görüşməli olan Marin Le Pen başına yaylıq örtməli olduğunu eşidən kimi görüş yerini tərk edib.
Şeyx Əbdullətifin media ofisinin sədri bildirib ki, başına yaylıq örtməli olması məsələsi öncədən xanım Le Penin köməkçilərinin nəzərinə çatdırılmışdı.
Xəldun Uveys deyib: Mən şəxsən ofisdə onu qarşılamağa getdim və ağ yaylığı ona vermək istədim, amma o, yaylığı qəbul etməkdən çəkindi.
Fransa qanununa əsasən, dərs otaqlarında yaylıq örtmək qadağandır. Le Pen təklif edibdir ki, 2004-cü ildə qəbul olunmuş bu qanun uzadılsın. Həmin qanuna görə, bütün ictimai məkanlarda yaylıq və digər dini simvollardan istifadə qadağandır.
O, öz seçki kampaniyasına təqribən bir ay bundan öncə anti-İslam mövqeyi ilə başlayıbdır. Le Pen qeyd edibdir ki, prezident olacağı təqdirdə bütün məscid və islami mərkəzləri bağlayacaqdır.