ABŞ-da Trampın KİV əleyhinə sərt mövqeyinə etiraz aksiyaları
-
ABŞ-da Trampın KİV əleyhinə sərt mövqeyinə etiraz aksiyaları
ABŞ vətəndaşları bu ölkə prezidentinin medialara qarşı mövqeyinə etiraz əlaməti olaraq aksiyalar keçiriblər.
İRİB-in məlumatına görə, etirazçılar Nyu-Yorkda şüarlar səsləndirərək və ABŞ prezidenti Donald Trampın sərt mövqeyi əleyhinə yazılar əllərində tutaraq onun bu hərəkətini pisləyiblər.
Trampın iqtidara gəlməsi ilə Nyu-York ştatında irimiqyaslı aksiyalar keçirilib. Lakin bu ilk dəfədir ki, prezidentin medialarla sərt davranışına etiraz olaraq aksiyalar keçirilir.
Digər tərəfdən onlarla amerikalı bazar günü prezident Donald Trampın müavini Mayk Pensin Vaşinqton DC şəhərində mənzili qarşısında etiraz xarakterli aksiya təşkil edib.
Bu şəxslər Trampın 7 müsəlman ölkənin vətəndaşlarına qarşı qadağası əleyhinə şüarlar səsləndiriblər.
Bu, son üç həftə ərzində prezidentin müavini Pensin mənzili qarşısında üçüncü aksiyadır.
Bir müddət öncə Tramp 7 müsəlman ölkə vətəndaşının ABŞ-a girişinin qadağan olunmasına fərman verib. Bu məsələ irimiqyaslı etirazlara səbəb olub.