NATO Rumıniyada hərbi təlimlər keçirib
https://azeri.sahartv.ir/news/dünya-i261258-nato_rumıniyada_hərbi_təlimlər_keçirib
Şimali Atlantik Alyansı NATO qüvvələri Rumıniyanın şərqində hərbi təlimlər keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2017 06:31 Asia/Baku
  • NATO Rumıniyada hərbi təlimlər keçirib
    NATO Rumıniyada hərbi təlimlər keçirib

Şimali Atlantik Alyansı NATO qüvvələri Rumıniyanın şərqində hərbi təlimlər keçirib.

Press TV-nin məlumatına görə, Bolqarıstan, Makedoniya, Rumıniya, Serbiya, Sloveniya, ABŞ, Ukrayna və Monteneqrodan NATO qüvvələri çərşənbə axşamı günü Rumıniyanın şərqində hərbi təlimlər keçiriblər. 

NATO-nun piyada, zirehli və texniki dəstək qüvvələri hərbi təlimlərdə öz əməliyyatlarını simulyasiya ediblər. 

NATO başçıları ötən il iyul ayında Krım yarımadasının Rusiyaya ilhaq edilməsinə reaksiya olaraq Rusiya sərhədləri yaxınlığında öz hərbi iştirakını gücləndirmək üzrə ən böyük layihəsinəi təsdiqləyiblər. 

NATO Rusiya sərhədlərində hərbi iştirakın artırılmasını müdafiə xarakterli addım adlandırıb və 2014-cü ildə Krım yarımadasının Rusiyaya ilhaqı və Moskvanın Ukrayna böhranında müdaxiləsi adlandırdığı məsələ çərçivəsində bu addımların adıldığını iddia edir. 

Qarşılıqlı olaraq, Rusiya öz sərhədləri yaxınlığında NATO-nun hərbi iştirakının artmasını gərginlik yaradan amil adlandırıb və Avropada hərbi iştirakın artmasının bu qitədə təhlükəsizlik müvazinətini məhv edəcəyini bildirir.