Mart 02, 2017 18:02 Asia/Baku
  • Qazaxıstanda referendum olmadan konstitusiyaya əlavələr ediləcək
    Qazaxıstanda referendum olmadan konstitusiyaya əlavələr ediləcək

Qazaxıstan prezidenti referendum keçirilmədən bu ölkə konstitusiyasına əlavələrin edilməsi üzrə fərman imzalayıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev prezident, parlament və hökumət arasında iqtidarın paylanmasının əhəmiyyətinə toxunaraq deyib: Ölkə konstitusiyasına dəyişiklik və əlavələr referendum keçirilmədən olunacacq.

"Qazaxıstan konstitusiyası hökumətə bu icazəni verir ki, ehtiyac duyulan dəyişiklik və əlavələri referendum keçirilmədən tətbiq etsin" -deyə Nazarbayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan konstitusiyasının 23 maddəsində əlavələr olunacaq.

25 ildir Qazaxıstan prezidenti olan Nazarbayev təxminən 2 ay öncə bu ölkə müstəqilliyinin 25-ci illiyi ilə əlaqədar tədbirdə iqtidarın prezident, hökumət və parlament arasında bölünməsini istəyib.

Teqlər