Mart 03, 2017 18:21 Asia/Baku
  • Şeyx Zəkzakinin ailəsi Nigeriyanın baş prokurorundan şikayət edib
    Şeyx Zəkzakinin ailəsi Nigeriyanın baş prokurorundan şikayət edib

Nigeriya islam hərəkatının rəhbərinin oğlu, bu ölkənin baş prokuroruna qarşı, atası barədə verilmiş hökmu icra etmədiyinə görə şikayət edib.

News rescue internet portalı bildirib ki, Nigeriya islam hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin yeganə oğlu, ölkənin vəkillər cəmiyyətinə, baş prokuror Malami Əbubəkrə qarşı şikayət ərizəsi təqdim edib. Məhəmməd Zəkzaki atasının dərhal azad edilməsinə dair Ali Məhkəmənin qərarının icrasını istəyib. 

Nigeriyada müsəlmanlara qarşı repressiyalar 2015-ci il dekabr ayının 13-dən hərbçilərin Zariya şəhərində bir hüseyniyyəyə hücumu ilə başladı. Bu repressiyalar nəticəsində Şeyx Zəkzakinin 3 oğlu da daxil yüzlərlə müsəlman şəhid edilib. 

Nigeriyada siyasi-ictimai prosseslər göstərir ki, Amerika, Səudiyyə Ərəbistanı və sionist rejim Afrika qitəsində şiələrin mənəvi nüfuzundan nigarandırlar. 

Teqlər