Tramp telefon dinləməsi haqda Obamanı suçladı
ABŞ prezidenti seçkilərdən öncə telefonlarının dinlənilməsində eks-prezidenti suçlayıb.
İRNA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp şənbə günü Twitter hesabında seçkiqabağı kampaniyada telefon danışıqlarının dinlənilməsində sabiq prezident Barak Obamanı suçlayıb.
ABŞ prezidenti əlavə edib: Rusiyanın Vaşinqtondakı səfiri 22 dəfə Ağ Evdə olub. Onun 4 dəfəsi 2016-cı ilə aiddir.
ABŞ-ın sabiq prezidenti Barak Obamanın ali müşaviri David Aksilrod deyib ki, amerikalı dövlət rəsmilərinin yalançılıq rüsvayçılığı davamlıdır.
Barak Obamanın müşaviri əlavə edib: Faktlara əsasən, ABŞ-ın hazırkı hökumətinin rəsmiləri, o cümlədən ədliyyə naziri Cef Seşns Rusiyanın Vaşinqtondakı səfiri ilə görüşərək müzakirə aparıb.
Ağ Evlə Demokrat partiyası əlaqələrində gərginliklərin davamında, Nümayəndələr Palatasında azlıq Demokratların rəhbəri Nansi Plusi ədliyyə nazirinin Rusiyanın Vaşinqtondakı səfiri ilə görüşü məsələsinin ifşa olunmasından sonra onun istefa verməsini istəyib.
CNN xəbər telekanalı da bir reportajda ifşa edib ki, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kisilyak 20 iyul 2016-cı ildə Klivlendə gedib.
Məlumata əsasən, Kisilyak Klivlend şəhərində ABŞ Respublikaçılar Partiyasının Milli Konqresinin kənarında Donald Trampın milli təhlükəsizlik müşavirlərindən Qordon, Vəlid Faris və Karter Piçlə görüşmüşdür.