İƏT xəbərdarlıq etdi
İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki nümayəndəsi İsrail rejiminn Əl-Əqsa Məscidindəki son hərəkətləri barədə xəbərdarlıq edərək, deyib: Bu rəftarlar sionistlərin Əl-Əqsa Məscidindəki yeni fitnəkarlığından xəbər verir.
Əl-Xəlif Anlayn informasiya portalının verdiyi məlumata görə, Əhməd Əl-Rəvizi deyib: İsrail başçıları Əl-Əqsa Məscidinin daxilinə şüşə bir otaq yerləşdirərək, məscidi məkan baxımından bölməyə çalışırlar.
İƏT-in Fələstindəki nümayəndəsi əlavə edib: Əl-Əqsa Məscidinin daxilində şüşə otağın yerləşdirilməsi məscidin məkan baxımından bölünməsinə xidmət edir və bu addım məscidin zaman baxımından bölünməsi üzrə atılan addımın ardınca baş tutur.
Əl-Əqsa Məscidi onun İslam mahiyyətini məhv etməyə yönəlmiş səylər çərçivəsində sionistlərin və İsrail hərbçilərinin cövlangahına çevrilib.