Mart 06, 2017 16:42 Asia/Baku
  • Rəcəb Tayyıb Ərdoğan
    Rəcəb Tayyıb Ərdoğan

Türkiyə prezidenti: Mən istədiyim vaxt Almaniyaya gedəcək və öz həmvətənlərimlə görüşəcəyəm, əgər onlar mənim qarşımı almaq istəyərlərsə, dünyanı almanlara qarşı ayağa qaldıraram!

Türkiyə prezidenti deyib: Elə zənn edirdik ki, nasizm Almaniyada aradan götürülüb, lakin bildik ki, hələ də mövcuddur.

Rəcəb Tayyıb Ərdoğan İstanbula səfərdə bəzi türkiyəli nazirlərin Almaniyanın iki şəhərində Türkiyə vətəndaşları ilə toplantısının ləğv edilməsinə reaksiyada əlavə edib: Almaniya dövləti terrorçulara köməyinə və himayəsinə görə, mühakimə olunmalıdır.

O, deyib: Onlar Türkiyədə beş il həbsə məhkum edilmiş bir terror ünsürünə fəxri medal verirlər. Bu müttəhim, jurnalist deyil, o, terrorçudur, amma təəssüflə, Almaniya dövləti bu şəxsi Türkiyə nazirləri ilə eyni tutur.

Türkiyə prezidenti bildirib ki, Almaniya kansleri Merkel onunla xüsusi görüşdə ondan bu terrorçunun azad edilməsini istəmişdi. O, əlavə edib: Əgər almanlar demokratiyaya inansaydılar, bizim nazirlərimizin Almaniyada öz həmvətənlərilə görüşmələrilə müxalifət etməzdilər. Hollandiya da Türkiyə ilə bu tərzdə davranıbdır.

Ərdoğan deyib: Avropa illər boyudur ki, Türkiyədən qaçmış terrorçulara ev sahibliyi edir. O, əlavə edib: Biz bilirik ki, bu ölkələrdəki terror təşkilatları onların dövlətlərinin informasiyaları ilə nə cür milyonlarla dollar toplayıblar.

Türkiyə prezidenti deyib: Mən istədiyim vaxt Almaniyaya gedəcək və öz həmvətənlərimlə görüşəcəyəm, əgər onlar mənim qarşımı almaq istəyərlərsə, dünyanı almanlara qarşı ayağa qaldıraram!

Bu məlumata görə, Almaniya dövləti də az öncə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın nasistsayağı hərəkətlər barədə Berlinə qarşı ittihamlarını qəbuledilməz adlandırıb.

Qeyd edək ki, təqribən iyirmi gün bundan öncə Almaniyada çıxan Di Volt qəzetinin Türkiyədəki türk mənşəli müxbiri terror təşkilatlarına üzvlük və bu təşkilatları himayə etmək ittihamı ilə həbs olunaraq, beş il on ay müddətinə həbsə məhkum edildi.

Ötən həftə də Almaniyanın federal dövləti yer çatışmazlığı və təhlükəsizlik məsələləri bəhanəsilə Türkiyədə hakim partiya və bu ölkə dövlətinin rəsmiləri tərəfindən əsas qanun referendumunun təbliği məqsədilə Ştutqartda keçirilməli olan seçki kampaniyasının təşkilinin qarşısısını aldı.

Qərar üzrə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və bu iclasda çıxış etməliydi. Bozdağ bu hərəkətə reaksiyada öz alman həmkarı ilə görüşdən vaz keçdi və Almaniyaya səfərini yarımçıq qoydu.

Almaniyanın Köln şəhərinin meri də gələn həftənin bazar günü keçirilməli olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi ilə görüşünü ləğv etdi.

Hollandiya da Türkiyə xarici işlər nazirinin iştirakı ilə Rotterdamda keçirilməli olan təbliğat kampaniyasının təşkilinə icazə verməkdən çəkindi.

Dünən də Avstriyanın baş naziri Kristian Kern Türkiyədə keçiriləcək əsas qanun islahı barədə referendum üzrə hər cür mitinq və təbliğat kampaniyasının Avropa ölkələrində təşkil olunmasını qadağan etdi.

O, həmçinin Di Volt müxbirinin tez bir zamanda azad edilməsini istədi və dedi ki, Avropa İttifaqı Türkiyə ilə əlaqələrini yenidən nəzərdən keçirməlidir.

Türkiyə Xarici İşlər Nazirliyi cümə axşamı günü gecə Almaniyanın bu ölkədəki səfiri Martin Erdmanı nazirliyə çağırtdıraraq, Türkiyənin ədliyyə və iqtisadiyyat nazirlərinin həmin ölkədə keçirilməli olan iclaslarının təşkilinin qarşısının alınmasına qarşı öz etirazını ona bildirdi.

Bundan öncə də Almaniya dövləti Türkiyə prezidentinə telekonfrans vasitəsilə Almaniyada yaşayan türklərlə əlaqə qurmasına və onlar üçün çıxış etməsinə icazə verməmişdi.

Teqlər