Mart 08, 2017 20:25 Asia/Baku
  • Argentina iqtisadi siyasətlər əleyhinə etirazların şahididir
    Argentina iqtisadi siyasətlər əleyhinə etirazların şahididir

Argentina Ümumi Məşğulluq Konfederasiyasının üzvləri əmək haqlarının yaxşılaşdırılması və işçilərin işdən çıxarılması prosesinin önlənilməsi məqsədiilə mitinq təşkil edib.

HispanTV-nin verdiyi məlumata görə, Argentinanın Ümumi Məşğulluq Konfederasiyasının üzvləri çərşənbə axşamı prezident Marisiyo Makerinin iqtisadi siyasətlərinə etiraz aksiyasında iştirak edərək, mart ayının sonları və aprel ayının əvvəllərinə planlaşdırılmış ümumi tətil aksiyalarına qoşulacaqlarını bildiriblər.

Argentinada ən iri fəhlə sindikatı olan Ümumi Məşğulluq Konfederasiyası həmçinin, qarşıdan gələn həftələr ərzində Marisiyo Makeri dövlətinin iqtisadi siyasətlərinə etiraz olaraq 24 saatlıq ümumi tətil aksiyaları təşkil edəcək.

Argentinalı müəllimlər də 2 gün öncə infilyasiyanın yüksək olmasını nəzərə alaraq, əmək haqlarının artırılmasını tələb etmək üçün 2 günlük ümumi tətil aksiyasına başlamışdılar.

Marisiyo Makeri 2015-ci ilin dekabrında iqtidara gəldiyi zamandan indiyə kimi infilyasiyanın artması və iş yerlərinin itirilməsinə səbəb olan iqtisadi siyasətlərə malik olub.

Teqlər