Məhkəmə bir amerikalı anti-islama hökm çıxarıb
Mart 09, 2017 17:02 Asia/Baku
Məhkəmənin hökmü ilə ABŞ-ın Minnesota ştatında bir məscidə təhdid xarakterli məktub göndərdiyinə görə bir il azadlıqdan məhrum edilib.
İKNA xəbər agentliyinin verdiyi məlumata görə, Amerikada bir məhkəmə Minnesota ştatında bir məscidə hədə-qorxu dolu məktub göndərən Corc Fişerə bir il həbs cəzası verib.
Bu məlumata görə, bu amerikalı anti-islam 2015-ci il sentyabrda Minnesota ştatında bir məscidə məktub göndərərək namaz qılanları hədələmişdi.
Yayılan statistikalar göstərir ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra anti-islam hücumların sayı artıb.
Statistikalara görə həmçinin ötən il Amerika və qərb ölkələrində islamofobiya geniş yayılıb.