Almaniya Avropada silah yarışmasının başlanmasından nigarandır
Almaniyanın xarici işlər naziri özünün rus həmkarı ilə görüşdə Berlinin Avropada silahlanma üzrə yeni rəqabətlərin başlanmasından nigaran qaldığını bildirib.
İtartasın verdiyi məlumata görə, Almaniyanın XİN başçısı Ziqmar Qabriel bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib: Belə bir nigarançılıq var ki, Avropada silahlanma üzrə rəqabətlərin yeni mərhələsi başlasın, amma hələ belə bir prossesi önləmək yolları barədə tədbir görmək üçün tezdir.
Qabriel deyib: Almaniya etibarlı ortaq olduğunu dediyini yerinə yetirdiyini sübut edib.
Almaniyanın XİN rəhbəri deyib: Berlin öz öhdəliklərinə sadiqdir və bu Avropa üçün önəmli və zəruridir. O Almaniya ilə Rusiya arasındakı əlaqələrin Berlin üçün böyük əhəmiyyət kəsb etdiyini də dilə gətirib.
3 il öncə Ukraynada qərb yönümlü hökumətin fəaliyyətə başlamasından sonra Rusiya ilə qərb ölkələri arasında əlaqələr gərginləşib.