Park Geon Hay kənarlaşdırılıb
Mart 10, 2017 10:32 Asia/Baku
-
Park Geon Hay kənarlaşdırılıb
Cənubi Koreyanın əsas qanun məhkəməsi bu gün bu ölkənin işi dayandırılmış prezidenti Park Geon Hayı vəzifəsindən kənarlaşdırıb.
IRIB-nin məlumatına görə, Park Geon Hay 2016-cı ilin dekabrında siyasi rüsvayçılıq üzündən Cənubi Koreya parlamenti tərəfindən impiçment edildi. Parlament onun prezidentlik ixtiyarlarını əsas qanun məhkəməsi tərəfindən hökmün çıxarılması zamanınadək dayandırdı.
Park Geon Hayın siyasi rüsvayçılığı səmimi dostu Çoy Sun Silin prezident aparatına gəlib-getməsi və heç bir dövlət vəzifəsinə malik olmadan sirli sənədləri əldə etməsindən sonra başlandı.