Mart 10, 2017 18:22 Asia/Baku
  • Amerikalı qüvvələr Əlbəğdadinin qaçmasına kömək ediblər
    Amerikalı qüvvələr Əlbəğdadinin qaçmasına kömək ediblər

İraqın xalq səfərbər qüvvələri bildiriblər ki, amerikalı qüvvələr İŞİD terror qrupunun başçısı Əbubəkr Əlbəğdadinin Mosulun qərbindən qaçmasına kömək ediblər.

IRNA-nın məlumatına görə, İraqın xalq səfərbər qüvvələrinin komandirlərindən olan Cavad Əltəbibavi dünən gecə deyib ki, amerikalılar Əlbəğdadinin hazırda iraqlı qüvvələrin İŞİD ünsürlərindən təmizləməkdə olduqları Mosulun qərbindən bu şəhərin cənubundan 80 kilometr aralıda yerləşən Əlhizr şəhərilə Əlqirvan məntəqəsi arasındakı bir məkana köçürülməsində rol oynayıblar.

İraqlı qüvvələr hazırda İŞİD terror qrupunun başçısı Əbubəkr Əlbəğdadinin gizləndiyi məkanı aşkarlamaq ardıncadırlar.

Əbubəkr Əlbəğdadi ötən beş il ərzində regionda yaranmış təhlükəsizlik böhranları haqda bir çox sualın cavabı üçün bir açardır.

Onun həbs olunması ilə bir çox işlər açılacaq və terrorçuların dəstəklənmələri və terrorizmin yayılmasında bəzi region ölkələrinin rolu ifşa olunacaq.

İŞİD terror qrupu Amerikanın, eləcə də bu ölkənin qərbli, həmçinin Ərəbistan və Türkiyə daxil olmaqla ərəb və regional müttəfiqlərinin maliyyə və hərbi himayələrilə 2014-cü ildə İraqa hücum edərək, bu ölkənin şimal və qərbindəki məntəqələrin geniş bir hissəsini işğal edib və saysız-hesabsız cinayətlər törədibdir.

O zamandan bəri iraqlı qüvvələr işğal olunmuş məntəqələrin böyük bir hissəsini azad ediblər.

Teqlər