Mart 10, 2017 20:25 Asia/Baku
  • Dəməşq Türkiyə hərbçilərinin Suriyadan çıxmalarını vurğulayıb
    Dəməşq Türkiyə hərbçilərinin Suriyadan çıxmalarını vurğulayıb

Suriya Xarici İşlər Nazirliyi BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrindən istəyibdir ki, Türkiyəni öz hərbçilərni Suriyadan çıxarmağa və hücumlarını dayandırmağa məcbur etsinlər.

Suriya Xarici İşlər Nazirliyi bu gün Türkiyənin bu ölkədəki işğalçılığının davam etməsilə bir zamanda BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının hazırkı sədrinə iki məktub göndərərək, vurğulayıb ki, Türkiyə Suriya xalqını qırğın etmiş terrorçuları himayədə məsuliyyət daşıyır.

Suriya Xarici İşlər Nazirliyi bildirib ki, terrorçular Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğandan birbaşa təlimlər alaraq, Suriyanın infrastrukturlarını məhv ediblər.

Türkiyə 2016-cı il avqustun 24-dən "Fərat qalxanı" əməliyyatını keçirərək, öz tankları və hərbçilərini Suriyanın şimalında yerləşdirib və İŞİD-in işğalı altında olan məntəqələrdə Suriya Azad Ordusu adlı qrupun yarımhərbçilərini dəstəkləyir. Türkiyə iddia edir ki, bu əməliyyatda İŞİD ilə vuruşur, amma daim Suriyanın xalqını və suriyalı hərbçilərin mövqelərini hədəfə alıbdır.

Belə bir halda, bir suriyalı hərbi mənbə bildirib ki, Suriya ordusunun Hələb vilayətinin Mənbic şəhəri ətrafındakı mövqeləri Türkiyə hərbçilərinin mərmi və raket hücumları hədəfinə çevrilib. Bu hərbi mənbə bu gün vurğulayıb ki, Türkiyə hərbçiləri Suriya ordusunun və onunla müttəfiq qüvvələrin Mənbic şəhərinin qərb hissəsindəki mövqelərini mərmi və raketlə hədəfə alıblar. Nəticədə bir qrup hərbçi ölüb və yaralanıbdır.

Suriyalı hərbi mənbə Türkiyə hərbçilərinin Suriya ərazisinə təcavüzdə məqsədini Suriya ordusu və onunla müttəfiq olan qüvvələrin terrorçularla savaşdakı uğurları, qələbələri və irəliləyişlərinin davam etməsinin qarşısını almağa cəhd adlandrıb. Bu mənbə bildirib: Türkiyə hərbçiləri çalışırlar ki, Suriya ərazisinə soxulmaqla bu ölkənin təhlükəsizlik qüvvələrinin terrorçuların işğalı altda olan məntəqələrin geri alınmasındakı irəliləyişlərinin davam etməsini, eləcə də Hələb ətrafında və bütün Suriyada təhlükəsizlik və stabilliyin bərqərarını əngəlləsinlər.

Eyni zamanda Rusiyanın Sputnik informasiya agentliyi xəbər veribdir ki, Türkiyə beynəlxalq qanunun aşkar şəkildə pozulması olan bir hərəkətdə fevralın 23-dən bəri Fərat çayının suyunu Suriya xalqının üzünə bağlayıbdır. Bu rus mənbə yazıb: Amerikakı senator Con Mak Keynin Türkiyə ərazisi vasitəsilə Suriyaya səfərindən təkcə bir neçə gün sonra bu ölkənin başçıları Fərat çayının suyunu Suriya ərazisinə və bu ölkənin şimalındakı əhalinin üzünə bağlayıblar ki, bu da ölkələr arasında su mənbələrinin bölüşdürülməsi haqdakı beynəlxalq razılaşmaların aşkarcasına pozulması deməkdir.

İlk dəfə deyildir ki, Türkiyə Fərat çayının suyunu Suriya xalqının üzünə bağlayır. Ankara 2014-cü ilin mayında da bu çayın suyunu bağladı. Türkiyə dövlətinin bu hərəkəti Suriya xalqının onun özü və ərazilərinin susuz saxlanılması yolu ilə kütləvi qırğını üçün bir müqəddimə kimi qiymətləndirilibdir.

Teqlər