Namazın onurğa sütunu və qan dövranına müsbət təsiri
ABŞ-ın Arizona Universitetinin araşdırmaçıları namaz qılmağın onurğa sütunu və qan dövranına müsbət təsiri olduğunu bildiriblər.
İRİB-in məlumatına görə, Arizona Universitetinin araşdırmaçıları xatırladıblar: İnsanın namaz qıldığı vaxt etdiyi hərəkətlər qan dövranın yaxşılaşması, onurğa sütunu və bütün oynaqların güclənməsi ilə nəticələnir.
Araşdırmaçıların bildirdiyinə görə, rüku və əllərin uzanması bel və onurğa sütunu ağrılarından xilas olmağa çox kömək edir. Çünki bu hərəkətlər qan dövranını yaxşılaşdırır və sinir damarlarına təzyiqi aradan qaldırır.
Namaz qılmağın başqa müsbət təsiri gündəlik rüku və səcdəyə görədir. Çünki bu hərəkət qan dövranını yaxşılaşdırır, ardınca beyin daha çox oksigen alır və nəticədə fiziki vəziyyət yaxşılaşır.
İngiltərənin İndependent qəzeti də son vaxtlar bir məqalədə bildirib: Dünyada təxminən 1,6 milyard müsəlman gündə 5 dəfə namaz qılır, Kəbəyə doğru alnını yerə qoyur və insanın ruhuna və orqanizminə faydalı olan hərəkətləri təkrar edir.