Mart 13, 2017 20:07 Asia/Baku
  • NATO Türkiyə-Hollandiya münaqişəsinin həll edilməsini istədi
    NATO Türkiyə-Hollandiya münaqişəsinin həll edilməsini istədi

Şimali Atlantik Alyansı NATO-nun baş katibi bildirib: NATO Türkiyə və Avropa ölkələri arasında gərginliyin azaldılması və onların əlaqələrində sakitliyin bərpa olunmasını istəyir.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Şimali Atlantik Alyansı NATO-nun baş katibi Yens Stoltenberq bu gün bildirib: Gərginliyi yatırtmaq və zərərsizləşdirmək və vəziyyəti sakitləşdirmək üçün hazırda bizi birləşdirən hər bir işə diqqət yetirməliyik.

Avropa ölkələri Türkiyə konstitusiyasında dəyişikliklərin edilməsini gələn onilliyin yarısına qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qüdrətinin təsbit edilməsi istiqamətində addım hesab edir və onu qeyri-demokratik adlandırırlar.

Teqlər