Vaşinqton Post: Amerika və NATO Əfqanıstanda dalana dirəniblər
Vaşinqton Post qəzeti yazıb ki, Amerika və NATO Əfqanıstanda dalana dirəniblər və strateji bir məğlubiyyətin intizarında olmalıdırlar.
IRIB-nin məlumatına görə, Vaşinqton Post qəzetinin vebsaytı bir reportajda yazıb: Amerika prezidenti Donald Tramp Əfqanıstanda da İŞİD-ə qarşı savaşın vaciblinə önəm verməlidir; əks halda, Əfqanıstandakı hazırkı çıxılmazlıq Amerika üçün strateji bir məğlubiyyətə çevriləcək.
Vaşinqton Post sonra yazıb: Taliban son zamanlar Kabildə eyni zamanda iki terror hücumu həyata keçirib və Əfqanıstanın şimalında bir məntəqəni öz əlinə keçiribdir ki, bu gedişin davam etməsi Əfqanıstanda yerləşən Amerika və NATO qüvvələri üçün nigaranedici ola bilər.
ABŞ və NATO-nun 2011-ci ildə Əfqanıstana hücumundan sonra bu ölkədə NATO-ya üzv ölkələrdən mindən çox hərbçi və iki mindən çox ameriklı qüvvə öldürüldü.