ABŞ-da Trampa qarşı aksiya
-
ABŞ-da Trampa qarşı aksiya
ABŞ prezidentinin müxaliflərindən ibarət üzlərlə adam Tramp Tennessi ştatının Neşvil şəhərinə daxil olarkən küçələrdə aksiya keçirib.
İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın müxaliflər və tərəfdarları arasında sözləşmələrlə müşayiət olunan dünənki aksiyalarda etirazçılar Trampın siyasətləri o sıradan Barak Obama dövrünün müalicə sığortası sisteminin ləğv edilməsi, müsəlmanlara qarşı viza məhdudiyyətləri və Meksika sərhədlərinə divar çəkilməsi qərarlarına qarşı şüarlar səsləndiriblər.
Bu məlumata görə, qadın və qaradərililərin hüquqlarını müdafiə qrupları bu aksiyada gözə çarpacaq iştiraka malik olublar.
Neşvil şəhərinin Fisk universitetindən olan Tramp müxalifləri onun səfərinə etiraz əlaməti olaraq dərs siniflərini tərk ediblər və etirazçılara qatılıblar.
D.Trampın çıxış etdiyi yerədək uzanan etiraz aksiyasında iştirakçılar Trampın tərəfdarları ilə sözləşiblər və iki nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Tramp bu gün Tennessi ştatının paytaxtı Neşvil şəhərinə etdiyi səfərində öz proqramlarını müdafiə edib və 6 müsəlman ölkənin vətəndaşlarına qarşı tətbiq etdiyi viza qadağası fərmanını icra edəcəyini vurğulayıb.