Türkiyə gəmisinin ekipajı Liviya sahillərində itkin düşüb
-
Türkiyə gəmisinin ekipajı Liviya sahillərində itkin düşüb
Türkiyəyə aid bir ədəd yük gəmisi Liviya sahillərində qərq olub; gəminin yeddi ekipaj üzvü itkin düşüb.
Frans-Press-in məlumatına görə, Liviya dəniz qüvvələrinin sözçüsü Əyyub Qasim bu xəbəri təsdiq edərək, deyib ki, gəminin altı ekipaj üzvü nicat tapıbdır.
Liviya dəniz qüvvələrinin sözçüsü sonra deyib ki, itkin düşənlərin axtarışı davam etdirilir, lakin dənizdəki qeyri-münasib şərait xilasetmə əməliyyatı qarşısında əsas maneədir.
Qasim vurğulayıb ki, bu gəmi Türkiyədən Liviyanın şimalındakı Misratə şəhərinə doğru hərəkətdə imiş və dənizdəki təlatüm ucbatından Afrikanın şimal sahillərində qərq olubdur. O, gəminin yükünə işarə etməyib.
Misratə şəhəri eyniadlı əyalətin mərkəzi olaraq, Liviyada əhalinin sayı baxımından üçüncü şəhər sayılır və bu ölkənin şimalında yerləşir.
Bu gəminin Liviya sahillərində batması elə bir halda baş verir ki, bu ölkə sahilləri ötən iki ildə daim çoxlu sayda mühacir daşıyan gəminin batması səhnəsi olub. Bu hadisələr nəticəsində özünü Avropaya çatdırmaq istəyən minlərlə nəfər həyatını itirib.