Mart 18, 2017 18:12 Asia/Baku
  • Seulda Park Geon Hayın tərəfdarları aksiya keçiriblər
    Seulda Park Geon Hayın tərəfdarları aksiya keçiriblər

Cənubi Koreyanın kənarlaşdırılmış prezidentinin tərəfdarlarından minlərlə nəfər onu himayə istiqamətində aksiya keçirib.

Frans-Press-in məlumatına görə, Cənubi Koreyanın kənarlaşdırılmış prezidenti Park Geon Hayın tərəfdarları bu gün Seulun küçələrinə çıxaraq, onun impiçmentinin ləğv edilməsini istəyiblər.

Cənubi Koreya prokurorları korrupsiya işi barədə təhqiqat üçün Parkı gələn həftənin çərşənbə axşamı günü üçün çağırıblar.

Cənubi Koreyanın əsas qanun məhkəməsi 2017-ci il martın 10-da bu ölkənin vəzifəsi dayandırılmış prezidenti Park Geon Hayı kənarlaşdırdı.

Cənubi Koreyanın əsas qanununa görə, bu ölkənin yeni prezidenti xanım Park Geon Hayın kənarlaşdırılmasından altmış gün sonra mayın 9-da keçiriləcək vaxtından qabaq seçkilərdə seçiləcək.

Teqlər