BMT nümayəndəsi Yəmən böhranının siyasi həllini vurğulayıb
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Yəmən böhranının siyasi həllini vurğulayıb.
IRIB-nin məlumatına görə, İsmail Vələd Əlşəyx Ələhməd bir bəyanatda bildirib ki, Yəməndə toqquşan tərəflər hələ bu ölkədə siyasi həll yoluna nailolma şansına malikdirlər və Yəmən böhranının siyasi həlli imkanı mövcuddur.
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi qeyd edib ki, Yəmən döyüşləri və toqquşmalarında on minlərlə nəfər həyatını itirib və minlərlə nəfər də didərgin və evsiz-eşiksiz qalıbdır.
Əlşəyx Ələhməd dünya ictimaiyyətindən istəyibdir ki, Yəməndə toqquşan tərəfləri təmkinliliyə və döyüşlərin dayandırılmasına dəvət, xalqın problemləri və əzab-əziyyətlərinin azaldılmasına kömək və bu ölkə münaqişəsinə son qoymaq üçün siyasi həll yoluna nail olmaqdan ötrü əlindən gələni etsin.
O, söyləyib: Yəməndə müvazinətli, əhatəli və ədalətli sülh razılaşmasına çatma prosesində təxir bu ölkədə insan böhranının şiddətlənməsinə, səbatsızlıq və zorakılığın artmasına gətirib çıxaracaq.
İsmail Vələd Əlşəyx Ələhməd sonra belə qeyd edib: Yəməndə mövcud vəziyyətin davam etməsi terror qruplarının bu ölkədə və dünyanın digər məntəqələrində iştirakının genişlənməsinə zəmin yarada bilər.
Yəmən böhranının həlli regiondan kənar qüdrətlərin Ərəbistana təzyiq göstərmək üzrə iradəsindən asılıdır. Halbuki regiondan kənar qüdrətlər hücumları dayandırmaq üçün Ali-Səuda təzyiq göstərmir, əksinə onu dəstəkləyirlər.