Fransa hərbçiləri də Estoniyaya girdilər
Fransa hərbçilərinin ilk qrupu Estoniyaya daxil olub.
IRIB-nin məlumatına görə, bu 40 nəfərlik qrupun və NATO-nin digər qüvvələrinin Estoniyadakı tapşırığı aprel ayından başlanacaq.
NATO-nun başçıları ötən il Varşavada qərara aldılar ki, Estoniya, Polşa, Litva və Latviyada bu təşkilatın tabeliyində olan çoxmilliyyətli qüvvələr yerləşdirilsin.
NATO həmçinin cari milad ilinin əvvəlindən Avropanın şərqində ABŞ-ın 4-cü piyada diviziyasının tabeliyində olan tanklar yerləşdiribdir.
Moskva dəfələrlə NATO qüvvələrinin öz sərhədləri yaxınlığındakı iştirakının nəticələri haqda xəbərdarlıq edib və bildiribdir ki, bu hərəkətləri qarşılıqlı reaksiya ilə cavablandıracaq.
Vaşinqton-Moskva əlaqələri 2014-cü ildən üç istiqamətdə-NATO-nun və xüsusən ABŞ-ın Avropanın şərqində və Baltik dənizində Rusiyaya yaxın və hətta bu ölkə ilə həmsərhəd məntəqələrə hərbi nüfuzunun genişlənməsinə və Suriyanın durumuna görə, kəskinləşibdir.
Krım yarımadasının 2014-cü ildə Ukraynadan ayrılaraq, Rusiyaya qatılması bir rəy sorğusunun nəticələrinə görə, Rusiya ilə Qərb arasındakı gərginliyi ikiqat artırıbdır.