Mart 22, 2017 09:02 Asia/Baku
  • BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
    BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub

ABŞ-ın Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının qərargahında Beynəlxalq Novruz Günü qeyd olunub.

İRİB-in məlumatına görə, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru bu mərasimdə qeyd edib: Novruzun zəngin mədəniyyəti tarix boyu qanadlanmışdır və heç vaxt istənilən səfərə qadağa fərmanı ilə dayandırılası deyildir. 

Xoşru bu sözləri ABŞ prezidentinin miqrant əleyhinə fərmanını tənqid olaraq deyib. ABŞ-ın qalmaqallı prezidenti Donald Tramp son vaxtlar İran, Suriya, Sudan, Somali,  Liviya və Yəmən vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərman imzalayıb. 

Qulaməli Xoşru həmçinin BMT-də Novruz şənliyinin keçirilməsinin kollektiv addımları atmaq məqsədi daşıdığını deyib: Mədəniyyət müxtəlifliyi, sülh və barışıq, yaxşı qonşuluq və ətraf mühitin qorunması kimi əsaslı dəyərlərin daimi təhlükə ilə üzləşdiyi zamanda Novruz tədbirinin keçirilməsinə daha çox ehtiyac duyulur. 

BMT baş katibi də Novruz şənliyində deyib: Novruz yeni bir başlanğınc, yeni bir il, ailə və dostların yanında olmaq üçün bir şansdır və BMT ailəsi Novruzu şənlik edir. Çünki Novruzun bütün dünya üçün mənası vardır. 

Antonio Quterreş xatırladıb: Novruz bir-birimiz haqqında öyrənmək və sülh, dostluq və insan haqları və insan şəni üzrə öhdəliyi təzələmək üçün fürsətdir. 

BMT Baş Assambleyası 23 fevral 2010-cu ildə bir qətnamə təsdiqləyərək 21 martı BMT əsasnaməsinin 49-cu maddəsi çərçivəsində və mədəniyyət-sülh adı altında Beynəlxalq Novruz Günü adlandırıb. 

Teqlər