BQXK Yəmən və Somalidə aclıq xəbərdarlığı etdi
-
BQXK Yəmən və Somalidə aclıq xəbərdarlığı etdi
Beynəlxalq Qırmızı Xaç Komitəsi Yəmən və Somalidə aclığın güclənməsi haqda xəbərdarlıq edib.
Röytersin məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi çərşənbə günü aclıq nəticəsində ölüm hallarının qarşısını almaq üçün yatırımların edilməsini istəyib: Gələn 3-4 ay ərzində müharibə və quraqlıqla üzləşən Yəmən və Somalidə aclıq çoxlu sayda insanların ölümü ilə nəticələnəcək.
Bu məlumata görə, Yəmən, Somali, Cənubi Sudan və Nigeriyanın şimal-şərqində 20 milyon insan aclıq təhlükəsi ilə üzləşib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməliyyat məsələləri üzrə direktoru Dominik Stilhart mətbuata açıqlamasında deyib: Azı 3-4 ay vaxt var ki, ən ağır ehtimalların qarşısı alınsın.
Bundan öncə də BMT Yəmən və Somalidə aclıq nəticəsində çoxlu sayda insanın həlak ola biləcəyi haqda xəbərdarlıq etmişdi.
Səudiyyə Ərəbistanı bir neçə muzdlu ölkə ilə birlikdə bir ildən çoxdur ki, Yəmənə hərbi təcavüz edir və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Bu hərbi təcavüzün indiyə qədər 12 mindən çox yəmənlinin həlak olması və yaralanması, on minlərlə yəmənlinin didərgin düşməsi və bu yoxsul ölkənin infrastrukturlarının məhv olmasından başqa nəticəsi olmamışdır.
Afrikanın ən yoxsul ölkəsi olaraq Somalidə vətəndaşlar illərdir quraqlıq, həmçinin Əş-ŞƏbab yaraqlılarının iştirakından əziyyət çəkirlər.