İngiltərədə 7 nəfər terror hərəkətlərində şübhəli kimi həbs olunub
Mart 23, 2017 14:57 Asia/Baku
İngiltərə polisi London terror hücumu ilə bağlı şübhəli bilinən yeddi nəfəri həbs edib.
Frans-Press-in məlumatına görə, İngiltərə polisi bu gün bildirib ki, bu ölkədə terror hücumundan sonra polis məmurları Birmenhem və Londonda yeddi şübhəlini həbs ediblər.
İngiltərə polisi əlavə edib: Terrorizmlə mübarizə komitələri Londondakı parlament binası ətrafında axtarış əməliyyatını davam etdirirlər.
Dünən gecə Londonda parlament binasının yaxınlığında bir minik avtomobilinin piyadaları vurması, həmçinin bıçaqla hücum nəticəsində beş nəfər öldü, təqribən qırx nəfər də yaralandı.
Bu terror hücumu beynəlxalq səviyyədə pislənibdir.