Merkel sionist qəsəbələrin genişləndirilməsini tənqid edib
Almaniya kansleri qəsb olunmuş məntəqələrdə sionist qəsəbələrin genişləndirilməsini beynəlxalq qanunların pozulması adlandırıb.
IRIB-nin məlumatına görə, Almaniya kansleri Angela Merkel bu gün Berlində Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas ilə birgə mətbuat konfransında qəsb olunmuş məntəqələrdə sionist qəsəbələrin genişləndirilməsini Fələstin böhranına son qoymaq sahəsində bir maneə adlandırıb.
Almaniya kansleri sonra deyib: Fələstinlilər milli və iqtisadi inkişaf haqqından bəhrələnməlidirlər; zorakılıq və təhrikamiz sözlər həll yoluna çatmağı problemlə üzləşdirir və mümkün olan ən kəskin formada pislənilməlidir.
Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas da bu mətbuat konfransında etiraf edib ki, sionist rejim hər gün fələstinlərin yerdə qalan ərazilərini udmaq və işğal etməkdədir və Almaniyanın gələcək Fələstin ölkəsinin infrastrukturları və orqanlarının təchizi hədəfilə beynəlxalq səylərin koordinasiya edilməsi üzrə rolu çox mühüm görünür.
O, 1967-ci il sərhədlərinə əsasən, iki ölkənin təşkili üzrə həll yoluna əsasən ədalətli və əhatəli sülhün reallaşması seçiminə sadiq qaldığını vurğulayaraq, əlavə edib: İşğalçılığın nəticəsi, irqçilik və aparteid olacaqdır.
Sionist rejimlə Fələstin Muxtariyyəti arasında saziş müzakirələri sionist rejimin sabotajına və bu rejimin sionist qəsəbə salmalarının davam etməsinə görə, dalana dirənibdir.