Mart 26, 2017 14:29 Asia/Baku
  • Britaniya vətəndaşları Londonda Brexit əleyhinə yürüş keçirdi
    Britaniya vətəndaşları Londonda Brexit əleyhinə yürüş keçirdi

Minlərlə Britaniya vətəndaşı paytaxt Londonda bu ölkənin Avropa Birliyindən çıxması Brexit prosesinin başlanması əleyhinə etiraz əlaməti olaraq yürüş keçirib.

Röytersin məlumatına görə, Britaniya parlamentinə doğru hərəkət edən yürüşçülər Brexit-in dayandırılmasına dair şüarlar səsləndiriblər.

Britaniya 44 il öncə Avropa Birliyinə qoşulub.

Gələn çərşənbə günü başlanacaq Brexit müzakirələrinin azı iki il davam edəcəyi gözlənilir.

Ötən gün İtaliya paytaxtı Roma şəhərində Avropa Birliyinin təsis olunmasının 60 illiyi tədbiri Britaniyanın iştirakı olmadan 27 üzv ölkənin liderinin iştirakı ilə keçirilib.

Britaniya 2016-cı il 23 iyunda keçirilən referendumda vətəndaşların səs çoxluğu ilə Avropa Birliyindən çıxmağa qərar verdi.

Teqlər