Mart 26, 2017 20:05 Asia/Baku
  • Şəmxani: Günahsız insanların qırğını ABŞ ordusunun regionda hazırkı işidir
    Şəmxani: Günahsız insanların qırğını ABŞ ordusunun regionda hazırkı işidir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi terrorizmlə mübarizə bəhanəsi ilə günahsız insanların qırğın edilməsini ABŞ ordusunun regionda hazırkı işi adlandırıb: Bu müharibə cinayəti ədalətli məhkəmədə dərhal araşdırılmalıdır.

İRNA-nın məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bazar günü onlarla sivilin həlak olması ilə nəticələnən ABŞ-ın hərbi hava qüvvələrinin İraqın Mosul şəhərinin qərbində İŞİD terror qruplaşmasının mövqeləri əleyhinə hücumuna reaksiya verib: Bu cinayətkar hərəkətin qəsdən və ya səhvən olması ABŞ-ın məsuliyyətini azaltmır.

Əli Şəmxani əlavə edib: Bu müharibə cinayəti İŞİD və digər terror qruplaşmalarının sivillər və günahsız insanları qətlə yetirməklə əlaqədar hərəkətlərinə bənzəyir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib: ABŞ və bu ölkənin regional müttəfiqlərinin İraq ordusu və xalq qüvvələrinin terrorizmlə mübarizə yolunda müntəzəm əngəllər törətməsi və terror qruplaşmalarını gizli və aşkar şəkildə maliyyə, hərbi və informasiya cəhətindən dəstəkləməsi xalqların tarixi yaddaşında qalacaq və İŞİD hamilərinin keçmişini daha da qaraldacaq.

ABŞ-ın Mosulun qərbində terrorizmlə mübarizə bəhanəsi ilə hava hücumlarında əksəriyyətini uşaq və qadınlar təşkil edən 230 sivil həlak olub.

ABŞ ordusu Mosul şəhərində sivillərin qətlə yetirilməsinin məsuliyyətini üzərinə götürüb.

Teqlər