Braziliyada korrupsiya əleyhinə aksiya
Braziliyada davam edən böhran ölkə əhalisini yenidən korrupsiya əleyhinə etirazlara sövq etdirib.
Braziliyalılar ciddi iqtisadi böhran ilə üz-üzədirlər və korrupsiya ilə bağlı aparılan və sonu görünməyən araşdırmalar insanların səbr kasasının daşmasına və bir daha küçələrə axışaraq, bu vəziyyətə son verilməsini istəməsinə səbəb olub.
Aksiya iştirakçıları xalqı təmsil etməyən bir hökumət istəmədiklərini deyərək, korrupsionerlərin cəzalandırılmasını və yeni bir Braziliyanın qurulmasını tələb ediblər.
Artıq xeyli vaxtdır ki, Braziliyada iqtisadi böhran və korrupsiya məsələsi ölkədə siyasi böhrana səbəb olub və ictimai narazılıqlara yol açıb.
Son statistik məlumatlara görə, Braziliya iqtisadiyyatı 2016-cı ildə heç bir inkişafın şahidi olmayıb. Əksinə 3.6%-lik bir geriləmə ilə yanaşı olub. 2016-cı ildə Braziliyada işsizlərin sayı da öncəki il ilə müqayisədə 76% artaraq, 13 milyon nəfərə çatıb.