Avropada Türkiyə konstitusiyasına dəyişiklik üzrə referenduma start verildi
Avropada Türkiyə konstitusiyasına dəyişiklik üzrə referendum artıq başlanıb.
Almaniyada yaşayan Türkiyə vətəndaşları 27 mart tarixindən etibarən Türkiyədə konstitusiyaya dəyişiklik üzrə referendumda iştirak edə bilərlər. Bunun üçün onlar Türkiyənin Berlindəki konsulluğuna müraciət etməli və referendumda iştirak etməlidirlər.
Almaniyada 3 milyona yaxın Türkiyə vətəndaşı yaşayır. Onların təqribən 1.4 milyon nəfəri referendumda iştirak haqqına malikdir.
Almaniyada Türkiyənin 13 konsulluq ofisi referendum üçün səslərin toplanılması məntəqəsi olaraq elan edilib.
6 Avropa ölkəsi o cümlədən Almaniya, Avstriya, Belçika, Fransa, İsveçrə və Danimarka daxil olmaqla 57 ölkədə ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün konstitusiyaya dəyişiklik referendumunda iştirak edə bilmələri üçün səsvermə məntəqələri təyin edilib.
Avropada yaşayan Türkiyə vətəndaşları arasında referendumda iştirak haqqına malik olanların sayı 2.5 milyon nəfərdir.
Türkiyənin daxilində isə konistitusiyaya dəyişik üzrə referendum 16 apreldə keçiriləcək. Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları isə 27 martdan etibarən 9 aprelə kimi təyin olunmuş məntəqələrə müraciət edərək, referendumda iştirak edə bilərlər.
Türkiyədə xalq konstitusiya dəyişikliyinin lehinə səs vermiş olarsa, o zaman hazırkı prezident Rəcəb Təyyib Ərdoğan bundan sonra 2 dövr üçün də prezident seçkilərində iştirak edə və 2029-cu ilə kimi hakimiyyətdə qala bilər.
Ərdoğanın Türkiyədə siyasi quruluşu parlament üsul idarəsindən prezident üsul idarəsinə dəyişmək cəhdi müxaliflərinin kəskin reaksiyası ilə üzləşib.