Debbi qasırğası Kvinslend sahillərində
Mart 28, 2017 13:26 Asia/Baku
Avstraliyanın Kvinslend ştatı Debbi qasırğasının növbəti hədəfinə çevrilib.
İRNA-nın məlumatına görə Debbi qasırğası Hayman adalarından keçərək, Vitsandi adalarına çatıb. Və hazırda bu güclü qasırğa Avstraliyanın Kvinslend ştatının şimal sahillərinə yaxınlaşıb.
Debbi qasırğası Vitsandi adalarında minlərlə insanın evlərini tərk etməsinə səbəb olub. 23 000 evə zərər və ziyanlar vuran Debbi qasırğası Vitsandi adalarında elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına da səbəb olub.
Ötən gün Hayman adalarını vuran Debbi qasırğası Makkay məntəqəsində hündürlüyü 8 metrə çatan dalğaların yaranmasına səbəb olub.
Saatda 263 km sürətlə əsən Debbi qasırğası Avstraliyanın cənub-qərbinə doğru hərəkət edir.