Parisdə polis zorakılığına qarşı etiraz aksiyası
Fransa paytaxtı Parisdə ikinci gün dalbadal polis zorakılığına qarşı davam edən etiraz aksiyaları zorakılıqla nəticələnib
Fars informasiya agentliyinin verdiyi məlumata görə, Fransa polisi dünən gecə Parisdə aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Parisdə etiraz aksiyalarının səbəbi Çin vətəndaşı Şauyo Lionun polis tərəfindən qətlə etirilməsidir.
Fransa polisi bazar günü Şauyo Lionu Parisdə yaşadığı evdə güllələyərək qətlə yetirib. Bu hadisə Fransa ilə Çin əlaqələrində böhrana səbəb olub.
Çinin Xarici İşlər Nazirlyi fransa rəhbərlərindən həqiqətin aşkar olması və Çin vətəndaşları müdafiə üçün əlindən gələni etməyə çağırıb.
Fransa Polisi Çin vətəndaşının qətlə yetirilməsinə etiraz aksiyalarında da 35 nəfərin həbs edilməsindən xəbər verib.