Mart 29, 2017 14:49 Asia/Baku
  • Hillari Klinton Trampın siyasətlərini qınayıb
    Hillari Klinton Trampın siyasətlərini qınayıb

2016-cı il ABŞ-da prezident seçkilərinin demokrat namizədi bu ölkə prezidentinin siyasətlərini tənqid edib.

İRİB-in verdiyi məlumata görə, Hillari Klinton dünən seçkilərdən sonra ilk ümumi çıxışında Respublikaçıların müalicə sığortası layihəsinin Konqresdə səs qazana bilməməsini bütün amerikalılar üçün qələbə adlandırıb. 

Sanfransiskoda ticarət və iqtisadiyyat sahəsində fəaliyyət göstərən bir qrup qadın qarşısında çıxış edən Klinton həmçinin Ağ evin sözçüsü Şan Spayseri də tənqid edib. 

Hillari Klinton Spayserin adını çəkmədən onu mətbuat konfransı zamanı bir qaradərili qadının başını tovlamasına reaksiya göstərdiyinə görə qınayıb. 

Teqlər