Mart 31, 2017 16:21 Asia/Baku
  • BMT sionist rejimin qəsəbə salmasının davam etməsindən nigarandır
    BMT sionist rejimin qəsəbə salmasının davam etməsindən nigarandır

BMT baş katibinin sözçüsü sionist rejimin İordan çayının qərb sahilində qəsəbə salmasının davam etməsindən nigarançılıq edib.

Frans-Press-in məlumatına görə, BMT baş katibinin sözçüsü Stefan Ducariç deyib ki, bu təşkilat beynəlxalq sülh və təhlükəsizliyi hədələyəcək və müstəqil Fələstin ölkəsinin təşkilini zəiflədəcək birtərəfli hərəkətlərlə müxalifdir.

Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin üzvü Hənnan Əşravi də deyib ki, sionist rejim fələstinlilərin ərazilərində öz qanunsuz qəsəbəsalmalarını davam etdirməkdədir ki, bu da insan haqlarının tam və aşkar şəkildə pozulması deməkdir.

Sionist rejimin xəfiyyə kabineti beynəlxalq etirazlara rəğmən, dünən gecə qərb sahilində yeni bir sionist qəsəbənin salınmasına yaşıl işıq göstəribdir. Bu rejimin başçıları elə bir halda işğal olunmuş Fələstin ərazilərində sionist qəsəbələrin salınmasının davam etdirilməsinə israr edirlər ki, BMT-nin Təhlükəsizlik Şurası ötən milad ilinin dekabr ayının 23-də 14 ölkənin səsi ilə Təl-Əvivdən sionist qəsəbələrin salınmasına son qoymasını istədi.

BMT qətnamələrinə əsasən, sionist rejim nəinki işğal olunmuş Fələstin ərazilərində sionist qəsəbələrin salınmasını dayandırmalı, həm də bu ərazilərdə salınmış sionist qəsəbələri də sökməlidir.

Teqlər