Rusiya polisi anti-hökumət aksiyaçıları ilə mübarizə üçün hazır vəziyyətə gətirilib
https://azeri.sahartv.ir/news/dünya-i264368-rusiya_polisi_anti_hökumət_aksiyaçıları_ilə_mübarizə_üçün_hazır_vəziyyətə_gətirilib
Moskvada anti-hökumət etirazlarının ardınca Rusiya polisi hazır vəziyyətə gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2017 13:03 Asia/Baku
  • Rusiya polisi anti-hökumət aksiyaçıları ilə mübarizə üçün hazır vəziyyətə gətirilib

Moskvada anti-hökumət etirazlarının ardınca Rusiya polisi hazır vəziyyətə gətirilib.

IRIB-nin məlumatına görə, bu gün Moskvada anti-hökumət etirazlarının ardınca polis bir qrup aksiyaçını həbs edib.

Rus rəsmilərin sözlərinə görə, Moskvanın baş meydanları tam şəkildə bağlanıb və polis avtomobilləri baş küçələrdə yerləşiblər.

Bu məlumata görə, qarşıdakı günlərdə aksiya keçirmək üçün Rusiya dövləti ilə müxalif olanlar tərəfindən edilən çağırışlar sosial medialarda öz əksini tapıb.

Ötən həftə də Rusiyanın müxtəlif şəhərlərində, o sıradan Moskva və Sankt-Peterburqda anti-hökumət aksiyaları keçirilmişdi.