Londonda iranlı yeniyetmə əleyhinə irqçi hərəkətə etiraz
Onlarla hüquq fəalı bazar günü iranlı yeniyetməyə qarşı irqçi hərəkətə etiraz və onunla həmrəyliyi elan etmək üçün Londonun cənubunda Krivdendə bir yerə toplaşıblar.
İRNA-nın məlumatına görə, etirazçılar əllərində yazılı plakatlar tutublar. Plakatlarda irqçilik əleyhinə şüarlar yazılıbmış.
Bu aksiyada natiqlər iranlı yeniyetməyə irqçi hücumu pisləyib və insanlığa hücumun hər mədəniyyət, din və etnik mənsubiyyət dəyərlərinə zidd olduğunu bildiriblər.
London metropoliten polisi şənbə günü bildirib ki, Krivdendə 6 nəfər 17 yaşlı iranlı yeniyetməyə irqçi hücumla əlaqədar saxlanılıb.
Polisin bildirdiyinə görə, bu iranlı yeniyetmə iki dostu ilə birlikdə dayanacaqdan avtobus gözləyirmiş. Qəfildən 8 nəfər ona hücum edib.
Hazırda iranlı yeniyetmə xəstəxanadadır və baş nahiyəsinə dəydiyi zərbələrə görə vəziyyətinin ağır olduğu bildirilir.
İngiltərənin Kütləvi İnformasiya Vasitələrində böyük rezonans doğuran bu insident siyasi şəxsiyyətlərin də qınağına tuş gəlib.