Apr 04, 2017 09:55 Asia/Baku
  • Tramp və Əssisi Ağ Evdə görüşüblər
    Tramp və Əssisi Ağ Evdə görüşüblər

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Ağ Evdə Misir prezidenti Əbdülfəttah Əssisini qəbul edib.

İRNA-nın verdiyi məlumata görə, Tramp ötən 7 ildə iki ölkə başçıları arasında ilk dəfə baş tutan bu görüşdə Əssisini himayə etdiyini bildirib. 

Bir Misir prezidentinin sonuncu dəfə Ağ Evdə ABŞ prezidenti ilə görüşü 7 il öncə, 2010-cu ildə Hüsni Mübarək ilə Barak Obama arasında baş tutmuşdu. Hüsni Mübarək Yaxın Şərqdə Sülh adlı iclasda iştirak üçün Vaşinqtonda səfər etmişdi. 

Əssisi çox az saylı ölkə başçılarındandır ki, hələ prezident seçkilərindən öncə həm Tramp, həm də rəqibi Hillari Klinton ilə görüşüb, danışıqlar aparmışdı. 

Misir prezidentinin Tramp ilə əlaqəsi seçkilərdən sonra da davam edib və tərəflər arasında bir neçə dəfə telefon danışığı baş tutub. Əssisi bundan öncə dəfələrlə Misir-Amerika əlaqələrinin genişlənməsini istəyib. 

Tramp və Əssisi arasındakı görüş, ABŞ prezidentinin 2018-ci il üçün Dövlət Departamentinin büdcəsini 28% yəni 10 milyard 900 milyon dollar azaldacağını elan etdiyi bir şəraitdə baş tutub. Bu isə Vaşinqtonun digər ölkələrə olan maliyyə yardımlarının azalması deməkdir. 

ABŞ-ın ən böyük maliyyə yardımlarının əsas ünvanlarından biri Misirdir. Artıq bir neçə on ildir ki, ABŞ illik olaraq Misirə 1.5 milyard dollar dəyərində yardımlar ayırır. 

Teqlər