Rusiya polisi Sankt Peterburq terror aktında şübhəli bilinən 2 nəfəri axtarır
https://azeri.sahartv.ir/news/dünya-i264508-rusiya_polisi_sankt_peterburq_terror_aktında_şübhəli_bilinən_2_nəfəri_axtarır
Rusiya polisi Sankt Peterburqda metro stansiyasında bomba ilə terror aktı törətməkdə şübhəli bilinən 2 nəfərin təqibə alınmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2017 05:26 Asia/Baku
  • Rusiya polisi Sankt Peterburq terror aktında şübhəli bilinən 2 nəfəri axtarır

Rusiya polisi Sankt Peterburqda metro stansiyasında bomba ilə terror aktı törətməkdə şübhəli bilinən 2 nəfərin təqibə alınmasından xəbər verib.

İnterfaks-ın verdiyi məlumata görə, Rusiya polisi bildirib: Axtarışda olan 2 şəxsdən biri Texnologiya İnstitutu metro stansiyasında bomba quraşdırmaqda şübhəli hesab eilir. 

Polis axtarışda olan şəxsin kimliyini açıqlamadan bildirib ki, ikinci şəxs əldə düzəldilmiş bombanı Vastaniya meydanında yerləşdiribmiş. Amma, bu partlayıcı qurğu vaxtında aşkar edilərək, zərərsizləşdirilib. 

1 kq TNT-nin dağıdıcı gücünə malik olan bu partlayıcı qurğu bir yanğınsöndürmə balonunun daxilində yerləşdirilibmiş. Bombanın daha artıq tələfata səbəb olması üçün bu partlayıcı qurğuda da çoxlu sayda metal qırıntılarından istifadə edilib. 

Rusiya mediaları isə axtarışda olan şübhəlilərdən birinin təsvirlərini  yayımlayıblar.